A A A

ترجمه و بازتاب سخنان آیة الله مروی در نقد ادعای مولوی عبدالحمید در باکو به زبان ترکی آذری

متن ترجمه ترکی آذری:

Allahın adı ilə

Əbdul Həmid Movləvi İsmail Zəhi.

Dünya müsəlmanları alimləri cəmiyyətinin və Məkkənin fiqh cəmiyyətinin üzvüdür. İranın Zahidan şəhərində əhli-sünnənin imam camaatıdır.

O bildirmişdir ki, İran şiələri peyğəmbər (s) səhabəsinə hörmətsizlik etdikləri üçün, “korona” bəlasına düçar olmuşlar.

Ayətullah Cavab Murəvvi.

Qum elmiyyə hovzəsinin ali şurasının və müəllimlər cəmiyyətinin üzvüdür. Qum elmiyyə hovzəsinin fiqh elmi üzrə akademik dərəcəsinin ustadı.

Əbdul Həmid Movləvinin çıxışına etiraz və cavab olaraq, Ayətullah Cavab Murəvvi demişdir:

Şiə alimlərindən olan Qutb Ravəndi, “Əddəəvat” kitabının 54-cü səhifəsində İmam Səccaddan (ə) hədis qeyd etmişdir. İmam Səccad (ə) buyurub: “Atam Hüseyn aşura günü məni qanlı bədəni ilə qucağlayaraq, buyurdu”: “Oğlum! Anam Fatimənin (s.ə) mənə öyrətdiyi duanı əzbərlə. Bu duanı peyğəmbər (s) anama, peyğəmbərə də (s) Cəbrail mələk öyrətmişdir. Bu duanı ehtiyaclı olanda, çətinlik anında və qəmli vaxıtında oxu ki, xeyrini görəsən”. İndi elə bir gündür ki, İran xalqı və bütün dünya bu xəstəliklə üz-üzədir. Bu duanı oxumaq, çox xeyirlidir.

Dua budur:

بِحَقِّ يس وَالْقُرْآنِ الْحَكِيمِ ، وَبِحَقِّ طهٰ وَالْقُرْآنِ الْعَظِيمِ ، يَا مَنْ يَقْدِرُ عَلَىٰ حَوائِجِ السَّائِلِينَ ، يَا مَنْ يَعْلَمُ ما فِي الضَّمِيرِ ، يَا مُنَفِّسَ عَنِ الْمَكْرُوبِينَ ، يَا مُفَرِّجَ عَنِ الْمَغْمُومِينَ ، يَا راحِمَ الشَّيخِ الْكَبِيرِ ، يَا رازِقَ الطِّفْلِ الصَّغِيرِ ، يَا مَنْ لَا يَحْتاجُ إِلَى التَّفْسِيرِ ، صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

Transkripsiyası:

“Bihəqqi yasin vəl quranil həkim və bihəqqi taha vəl quranil əzim. Ya mən yəqdiru əla həvaicis-sailin. Ya mən yələmu ma fiz-zamir. Ya munəffisə ənil məkrubin. Ya mufərricə ənil məğmumin. Ya rahiməş-şəyxil kəbir. Ya raziqat-tiflis-sağir. Ya mən la yəhtacu ilət-təfsir. Salli əla Muhəmməd və ali Muhəmməd”.

Tərcüməsi:

“Yasin və hikmətli quran xatirinə, taha və əzəmətli quran xatirinə, ey diləyənlərin diləklərini verməyə qadir olan, ey batinləri bilən, ey sıxıntılarda qüssəni götürən, ey qəmlilərin qəmini götürən, ey yaşlılara rəhm edən, ey kiçiklərə ruzi verən, ey izaha ehtiyacı olmayan, Məhəmməd və onun ailəsinə salavat göndər”.

Bu yeni ildə (şəmsi-1399: miladi-2020) “fiqh” elminin tədrisinə başlamadan öncə, bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm:

1)Bildiyiniz kimi bu məlum xəstəlik bütün dünyanı bürümüşdür. Bu xəstəliyin daha da yayılmaması üçün, bir çox ölkələr öz sərhədlərini bağlamışdır. Elm, bu xəstəliyin əlacı qarşısında acizdir. Bəzilərinin dediyi kimi: “Dünya, Allahın qarışısında diz çökmüş və asimandan kömək istəyir”. Hətta Allaha inamı olmayan insanlar da, Allahdan kömək diləyir. Bu xəstəlik insanlara bu ayəni bir daha xatırlatdı: “Ey insan! Allah qarşısında qürrələnməyinə səbəb nədir?” (İnfitar surəsi, ayə 6)

Şəxs, özünü əhli sünnənin alimi bilir və cümə namazında çıxışı zamanı paylaşılmış videoda bəzi məsələləri iddia edir ki, onları qeyd etmək istəyirəm. Mən bilirəm ki, şəxsin iddiası sünni qardaşlarımızın fikri deyil. Çünki onlar bizi tanıdıqları kimi, biz də sünni qardaşlarımızı tanıyırıq. Bu o şəxsin, daxili əqidəsidir. Şəxsin inancına əsasən İran xalqı, səhabələrə hörmətsizlik edir, onları sevmir və onları söydükləri üçün, “korona” xəstəliyinə tutulmuşlar. Mənim sözüm ona budur ki, İran xalqı peyğəmbərin (s) yolunu gedən səhabələri nə vaxt sevməmiş və nə vaxt

onlara hörmətsizlik etmişdir? İran xalqı, əhlibeytin yolunu gedir. Peyğəmbərin (s) əhlibeytindən olan İmam Səccad (ə), özünün “səhifeye səccadiyyə” kitabının dördüncü hədisində belə buyurur:

 اللَّهُمَّ وَ أَصْحَابُ مُحَمَّدٍ خَاصَّةً الَّذِينَ أَحْسَنُوا الصَّحَابَةَ وَ الَّذِينَ أَبْلَوُا الْبَلَاءَ الْحَسَنَ فِي نَصْرِهِ، وَ كَانَفُوهُ، وَ أَسْرَعُوا إِلَى وِفَادَتِهِ، وَ سَابَقُوا إِلَى دَعْوَتِهِ، وَ اسْتَجَابُوا لَهُ حَيْثُ أَسْمَعَهُمْ حُجَّةَ رِسَالَاتِهِ

“Allahım! Məhəmmədin xüsusi səhabələri, ən yaxşı səhabələrdir. Onlar peyğəmbərə kömək ediblər. Qüdrət səhnəsinə tələsirdilər. Onun dəvətini qəbul etmək üçün, bir-birindən önə keçdilər, onun peyğəmbərliyini eşidən kimi, dəvəti qəbul etidlər”. İran xalqının səhəbəyə baxışı, bu hədis formasındadır. Bəzi səhabələr ədalətli deyildilər, cinayətlər törətmişlər. Ona görədə şiə məzhəbi hamısına eyni gözdə baxmır.

Şəxsdən istəyim budur ki, tarix boyu İslam ölkələrinin qarşılaşdığı və hal-hazırda da üzləşdikləri bəlalara bir nəzər salsın. Bu bəlaların gəlmə səbəbini, bizim üçün təhlil etsin. Bir neçə misal çəkim:

Əhli sünənin “əlbidayə vən-nihayə”, “tarixe təbəri” və s... kitablarında qeyd edilmişdir ki, hicrətin 18-ci ilində (miladi-640) ikinci xəlifə Ömər ibn Xattabın dövründə, Fələstindən başlayaraq bütün Şam vilayəti “taun” xəstəliyinə düçar oldu. (Şam, Levant. Suriya İordaniya, Fələstin, Livan, Türkiyənin cənubu, Misirin şərqinə deyilən arazi. Əməvi hakimiyətinin mərkəzi) Çoxlu sayda insan öldü. Tarixe təbəri 25.000, digər məlumatlara əsasan isə 30.000 insan həlak oldu. Əbu Ubeydə Cərrah, Məaz ibn Cəməl, Yəzid ibn Əbi Sufyan, Suheyl ibn Əmr, Əbu Cəndəl və Əbu Cundəb adlı səhabə və tabeinlər öldülər. Camaat həmin ili “həlakət ili” adlandırdılar. Şəxsin, bu tarixi hadisə barədə fikri nədir? İbn Həcər Əsqəlaninin “ənbaur ğəmr biəbnail umr fittarix” kitabının 8-ci cildinin 200-cü səhifəsində, 773-850 ci illərdə müsəlmanların düçar olduqları müxtəlif bəlalar barədə söz açır. 833-cü ildə “taun” xəstəliyi nəticəsində, minlərlə insan öldü. Vəziyyət o qədər acınacaqlı idi ki, qatar kimi düzülən meyyitlərin quslu, onlar üçün qəbir qazmaq və və onları dəfn etmək üçün adam tapılmırdı.

Səhihi buxarinin 3-cü cildinin 149-cu səhifəsində qeyd edilir:

Əbil Əsvəd deyir: “Şam vilayətinə daxil oldum. İnsanlar ağır xəstəliyə düçar olmuşdular. Sürətlə yayılan xəstəlik nəticəsində, insanlar ölürdülər. Ömər ibn Xattabın yanında oturdum. Önümüzdən və arxamızdan cənazələr aparılırdı. Şəxs, bu məsələyə nə cavab verə bilər?

İbn Kəsir özünün “Əlbidayə vənnihayə” kitabının 11-ci cildinin 308-ci səhifəsində qeyd edir ki, 357-ci ildə bu xəstəlik artıq Məkkə və Mədinədə də yayılmışdı. Hacılar ərəfat və minada xəstəlikdən ölürdülər.

814-cü il “taun ili” kimi tanındı. Minlərlə hacı öldü. Həmin il həcc ziyarəti də qadağan edildi. Hindistandan başlayan “vəba” xətəliyi, Asiyanın cənubi şərqinə və Afrikanın şərqinə yayıldı. Məkkə, Mədinə və Ciddəni xəstəlik bürüdü. Yüz minlərlə hacı öldü. İbrahim məqamında, yalnız iki nəfərlə camaat namazı qılınmasına icazə verilmişdi. Şəxs, bunlara cavab versin.

983-cü ildə Məkkəni sel basdı. Məkkə şəhəri selin altında qaldı. Kəbənin qıfılına qədər su qalxmışdı. Kəbəni daha ziyarət edən yox idi. Kəbənin ziyarət olunmaması bəzi insanların xoşuna gəlmədi. Qərara gəldilər ki, Kəbəni ziyarət etsinlər. Amma suda qərq oldular. İslam ölkələrində baş verən bu hadisələr, səhabəni sevməməyə görə baş baş verib? Şəxs, İran xalqının dindən çıxmaqda ittiham edir.

2)Şəxs, Məkkə və Mədinə şəhərlərinin bağlanmasında, İran xalqını təqsirləndirir. Çox təəccüblüdür. Məgər şəxs kordur? Məgər Ali Səudun zülmünü görməyiblər? Onların şiələrə etdiyi zülmləri bilmirlər? Kimlər IŞID-ı müsəlmanların bəla etdi? Yəmənin məzlum xalqını havadan, sudan və qurudan atəşə tutmadılar? Onların bu cinayətləri, hərəmlərin bağlanmasına səbəb olmadı? Məgər buna İran xalqı səbəbkar oldu?

3)Neçə ildir məzlum Fələstin xalqının müdafiə edənlər, hərəmlərin bağlanmasına necə səbəbkar olar bilərlər? Bir halda ki, buna səbəb hegamon ölkələrdir. Şəxsin iddiasından belə çıxır ki, Əbu Talib dərəsində peyğəmbərin (s) və onun səhabələrinin mühasirədə qalmasına səbəbkar, peyğəmbərin (s) özüdür nəinki Qureyş kafirləri. Şəxs sanki bizə bunu demək istəyir ki, siz də Ali Səud kimi gedin zalim qüvvələrlə əlbir olun. Peyğəmbər (s) Əmmar barəsində buyurmuşdur: “Səni, azğın tayfa öldürəcək”. İmam Əli (s) ilə Muaviəyə arasında baş vermiş Siffeyn döyüşündə, (miladi- 657) Əmmar Yasir, Muaviyənin qoşunu tərəfindən  şəhid edilir. “Azğın” sözü Muaviyəyə aid olduğu halda, bu ifadə İmam Əliyə (ə) nisbət verilir. Dedilər: “Əgər Əli, Əmmarı döyüşə gətirməsəydi, şəhid olmazdı”. Göründüyü kimi bu kimi yalnış təhlillər, əvvəllər də olub. “Korona” xəstəliyi başlanandan sonra, bir çox alimin savadsızlığı ortaya çıxdı. Allahdan istəyirəm ki, İslamı onların təhlükəsindən amanda

saxlasın. Tarix boyu şiə və sünnilərin sel, fəlakət və zəlzələ zamanı bir-biri ilə əməkdaşlığ etdiyini dəfələrlə şahid olmuşuq.

Ruhanilərə sözüm budur ki, bu xəstəliklə mübarizədə insanlara kömək etsinlər. Cavan bir tələbə Qum şəhərinə gəlir. Xəstələrə kömək niyyəti ilə, burada qalır. Xanımı, ərinin bu fədakarlıqlarını görüb mehriyyəsini (başlığ) ona halal edir. Yaxud xanımını və övladını itirən bir insan, ürəyinin dağlanmasına baxmayaraq bu yolda insanlara kömək edir. Bu kimi fədakarlıq İrak, Livan, Hindistanda və digər məntəqələrdə baş vermişdir. Gərək tələbələr və ruhanilər bu müqəddəs fədakarlığı davam etdirib, yaşatsınlar.

Şəban ayıdır. Çıxışımın sonunda qeyd edim ki, insanlar gərək səbr, şükr və Allaha təvəkkül etsinlər.

Fars dilindən tərcümə edən: Məhəmməd Nicat.